Donald Tramp Ər-riyadda Suriya lideri Əhməd Əl Şaraa ilə görüşüb

Donald Tramp Ər-riyadda Suriya lideri Əhməd Əl Şaraa ilə görüşüb. Görüş 23 dəqiqə çəkib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən məlumat verir.
Tramp bildirib ki, Suriya prezidenti Şaraa ilə prezident Ərdoğanla telefon danışığından sonra və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin iştirakı ilə görüş baş tutub və Suriya ilə münasibətlərin normallaşdırılması müzakirə edilib: "Suriyaya qarşı bütün sanksiyaları ləğv edəcəyik. Bu müsbət hal olacaq. Biz çalışacağıq ki, İbrahim Sazişlərinə daha çox ölkə əlavə edək".
ABŞ Suriya prezidenti Əhməd əl-Şaradan münasibətlərin normallaşması üçün bir sıra tələblər irəli sürüb.
1. İsraillə İbrahim razılaşmasına qoşulmaq.
2.Xarici terrorçuları və silahlıları Suriyanı tərk etməyə məcbur etmək.
3.Fələstinli terrorçuları və döyüşçüləri deportasiya etmək.
4.İŞİD-in yenidən dirçəlməsi ilə mübarizədə və qarşısının alınmasında ABŞ-a yardım etmək.
5.Suriyanın şimal-şərqində İŞİD-in saxlanma mərkəzlərinin məsuliyyətini öz üzərinə götürmək.
15:36 14.05.2025
Oxunuş sayı: 574