PKK özünü buraxdığını elan etdi

Terror təşkilatı PKK lideri Abdullah Öcalanın çağırışı ilə təşkilatın özünü buraxması ilə bağlı 4 maddəlik bəyanat yayımlanıb.
Crossmedia.az türk mətbuatına istinadən xəbər verir ki, bəyanata görə, PKK Türkiyə dövlətinə qarşı apardığı hərbi və siyasi qarşıdurmanı dayandırır və mübarizəsini yalnız siyasi-hüquqi vasitələrlə davam etdirməyi planlaşdırır.
Bəyanatda aşağıdakı əsas bəndlər yer alıb:
1. PKK Türkiyəyə qarşı hərbi və siyasi qarşıdurmanı dayandırır, mübarizə siyasi və hüquqi yollarla davam etdiriləcək.
2. PKK-nın dağılması ilə birlikdə bütün fəaliyyətlərinə son qoyulacaq.
3. İraq, İran, Suriya və Türkiyə daxil olmaqla, təşkilatın adından heç bir hərbi və siyasi fəaliyyət həyata keçirilməyəcək.
4. Silahlı mübarizənin bitməsi prosesinə PKK Başqanlıq Konseyi nəzarət edəcək, Türkiyədən PKK-ya qoşulan şəxslərin təhkimindəki silahların təhvil verilməsi üçün ortaq komitə yaradılacaq.
Qeyd edək ki, bu qərar PKK-nın 40 ildən artıq davam edən silahlı fəaliyyətlərinin sonu kimi qiymətləndirilir.
Aybəniz Səfərova
20:26 11.05.2025
Oxunuş sayı: 1878