Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarına İstanbulda ev sahibliyi etməyə hazırdır

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı liderlər Rusiya-Ukrayna münaqişəsi ilə bağlı danışıqların bərpası məsələsini müzakirə ediblər.
Məlumata görə, Putinin mayın 15-dən etibarən İstanbulda keçirilməsi təklif olunan birbaşa Rusiya-Ukrayna danışıqları təşəbbüsü ətraflı şəkildə dəyərləndirilib.
Kremlin yaydığı bəyanata görə, Rəcəb Tayyib Ərdoğan Rusiyanın danışıqların bərpası təşəbbüsünü tam şəkildə dəstəklədiyini bildirib və İstanbulda bu danışıqlara ev sahibliyi etməyə hazır olduqlarını vurğulayıb.
18:30 11.05.2025
Oxunuş sayı: 1246