Zelenski: "Rusiyadan mayın 12-dən etibarən qeyd-şərtsiz atəşkəs tələb edirik"

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyadan mayın 12-dən başlayaraq ən azı 30 gün müddətinə tam və qeyd-şərtsiz atəşkəs elan etməyi tələb etdiklərini bildirib.
Crossmedia.az xarici mediaya istinadla xəbər verir ki, “Bu, liderlərin tam və qeyd-şərtsiz atəşkəslə bağlı dəqiq mövqeyidir. Biz bilirik ki, Amerika Birləşmiş Ştatları bu məsələdə bizi dəstəkləyir. Şərtsiz atəşkəs heç bir şərt olmadan deməkdir. Hər hansı bir şərt qoymağa çalışmaq müharibəni uzatmaq və diplomatiyanı pozmaq niyyətinin sübutudur”, – deyə Zelenski vurğulayıb.
Prezident qeyd edib ki, atəşkəs hərtərəfli olmalı, havada, dənizdə və quruda tətbiq olunmalıdır.
Zelenskinin bu çağırışı beynəlxalq ictimaiyyətin diqqətini bir daha Ukraynadakı humanitar vəziyyətə və müharibənin dayandırılması üçün diplomatik təşəbbüslərin zəruriliyinə yönəldir.
Həmayıl Şükürlü
22:40 10.05.2025
Oxunuş sayı: 630