Kremldə 30 günlük atəşkəslə bağlı yüksək səviyyəli görüş başlayıb

Kreml 30 günlük atəşkəs təşəbbüsü ilə bağlı yüksək səviyyəli görüşə ev sahibliyi edir.
Crossmedia.az Rusiya KİV-nə istinadən xəbər verir ki, görüşdə Rusiya prezidenti Vladimir Putin, Baş nazir Mixail Mişustin, Təhlükəsizlik Şurasının baş katibi Sergey Şoyqu, Dövlət Şurasının sədri və prezidentin köməkçisi Aleksey Dyumin, prezidentin digər köməkçiləri Sergey Kirienko və Nikolay Patruşev, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Xarici İşlər Naziri Sergey Lavrov və Baş Qərargah rəisi Valeri Qerasimov iştirak edirlər.
Toplantıda Ukrayna müharibəsi fonunda mümkün atəşkəs mexanizmləri və onun icrasına dair detallı müzakirələrin aparıldığı bildirilir.
21:12 10.05.2025
Oxunuş sayı: 619