Pakistan və Türkiyə XİN başçıları regiondakı vəziyyəti müzakirə edib

Pakistan və Türkiyənin xarici işlər nazirləri – İshak Dar və Hakan Fidan ikinci dəfə telefon danışığı aparıblar. Görüşdə regiondakı son hadisələr və əməkdaşlığın vacibliyi müzakirə olunub.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Pakistanın XİN rəhbəri İshaq Dar həmkarına Hindistanın gecə saatlarında üç pakistan hərbi hava bazasına raket zərbəsi endirməsindən sonra bölgədə yaranan vəziyyət barədə ətraflı məlumat verib. O, gərginliyin artdığını və təhlükəsizlik məsələlərinin daha da aktuallaşdığını vurğulayıb.
Telefon danışığı zamanı tərəflər daimi təmas və sıx əməkdaşlığın vacibliyini önə çəkiblər. Onlar həmçinin bölgədəki vəziyyət fonunda mütəmadi əlaqələrin saxlanılması barədə razılığa gəliblər.
Qeyd edək ki, Hindistan və Pakistan arasında artan gərginlik region ölkələrinin diqqət mərkəzindədir. Türkiyə tərəfi də regionda sülh və sabitliyin qorunması üçün diplomatik təşəbbüslərə dəstəyini ifadə edib.
Fatimə Nəbiyeva
19:13 10.05.2025
Oxunuş sayı: 581