Fox News: Yaponiya Trampı tarifləri 90 günlük dayandırmağa məcbur edib

Fox News-un məlumatına görə, Yaponiya ABŞ-nin sabiq prezidenti Donald Trampı, Çin istisna olmaqla, digər ölkələrə qarşı tətbiq etdiyi yeni tarifləri 90 günlük müddətə dayandırmağa məcbur edib.
Crossmedia.az “Fox News” istinadən xəbər verir ki, Yaponiya dünən öz mülkiyyətində olan ABŞ istiqrazlarının bir qismini satışa çıxarıb. Tokio hökuməti hazırda təxminən 1.1 trilyon dollar dəyərində Amerika borc kağızlarına sahibdir.
İddialara görə, bu addım Tramp administrasiyasına təzyiq vasitəsi kimi istifadə edilib və nəticədə Tramp tarif qərarlarını geri çəkmək məcburiyyətində qalıb.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, bu hadisə ABŞ və Yaponiyanın iqtisadi münasibətlərində yeni dinamikanın formalaşdığına işarə kimi qiymətləndirilir.
Mədinə Cəlilova
21:53 10.04.2025
Oxunuş sayı: 2057