Tramp “ticarət müharibəsindən” imtina etdikdən sonra Avropa rahat nəfəs alır

ABŞ prezidenti Donald Trampın tarifləri 90 gün müddətinə dayandırma qərarı, Avropa üçün mühüm bir inkişaf sayılır. Avropa Komissiyasının sədri Ursula fon der Leyen, bu qərarı qlobal iqtisadiyyatın sabitləşməsi istiqamətində mühüm addım olaraq qiymətləndirib.
Crossmedia.az UNIAN-a istinadən xəbər verir ki, o, Trampın qarşılıqlı tarifləri dayandırmaq qərarını alqışlayıram: “Bu, qlobal iqtisadiyyatın sabitləşməsi istiqamətində mühüm addımdır”.
O, həmçinin, Avropa İttifaqının ABŞ ilə konstruktiv danışıqlara və maneəsiz, qarşılıqlı faydalı ticarətə sadiq olduğunu vurğulayıb.
Avropa Komissiyasının ticarət sözçüsü Olof Gill, Avropa Komissiyasının bu son inkişafı qiymətləndirmək üçün üzv dövlətlər və sənaye ilə sıx əməkdaşlıq edəcəyini və növbəti addımlar barədə qərar qəbul etməzdən əvvəl lazımi vaxt ayıracaqlarını qeyd edib.
Sənan Yusifli
20:48 10.04.2025
Oxunuş sayı: 1608