ABŞ-nin maliyyə naziri: Avropa Çinlə yaxınlaşmaqla öz boğazını kəsmiş olacaq

ABŞ-nin maliyyə naziri Skott Bessent Avropa İttifaqının Çinlə ticarət əlaqələrini gücləndirmək niyyətini sərt şəkildə tənqid edib.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə görə, bu addım Avropa üçün ciddi fəsadlar yarada bilər.
“Əgər Avropa İttifaqı Çinlə ticarət əlaqələrini gücləndirsə, bu, öz boğazını kəsməyə bərabər olacaq!” — deyə nazir bildirib. O, vurğulayıb ki, Tramp administrasiyasının tətbiq etdiyi tariflərə cavab olaraq Pekinlə yaxınlaşma qərarı verən ölkələr nəticədə öz maraqlarına zərər vurmuş olacaqlar.
Xatırladaq ki, bir müddət əvvəl Çin və Avropa İttifaqı azad ticarəti birgə qoruyacaqlarına dair öhdəlik götürmüşdülər. Bu razılaşma ABŞ-nin ticarət siyasəti, xüsusilə də Trampın tarifləri fonunda artan narahatlıqlarla əlaqələndirilir.
Mədinə Cəlilova
20:00 10.04.2025
Oxunuş sayı: 2044