Ermənistanda ehtiyatda olan hərbçilər orduya çağırıldı - MÜHARİBƏ BAŞLAYIR?

Ermənistan hökuməti ehtiyatda olan hərbçilərin növbəti təlim toplanışlarının keçirilməsi barədə qərar qəbul edib. Bu toplanışlar 15 aprel - 15 iyun 2025-ci il tarixləri arasında baş tutacaq. Toplanışların əsas məqsədi ehtiyatda olan hərbçilərin peşəkar hazırlığını artırmaq və onların döyüş qabiliyyətini yüksəltməkdir.
Crossmedia.az erməni mediasına istinadən bildirir ki, hər bir ehtiyatda olan hərbçi maksimum 25 təqvim günü müddətinə toplanışlara cəlb olunacaq. Bu təlimlərə birinci və ikinci dərəcəli ehtiyatda olan sıravi, çavuş və zabit heyəti daxil ediləcək. Toplanışlar zamanı hərbçilərin peşəkar hazırlığı, hərbi bilik və bacarıqları təkmilləşdiriləcək, həmçinin döyüş hazırlığı səviyyəsi yüksəldiləcək.
Qeyd edək ki, Ermənistanda ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi olaraq keçirilir. Məsələn, 2025-ci ilin fevral ayında hökumət 4 fevral - 18 aprel tarixləri arasında analoji toplanışların keçirilməsi barədə qərar qəbul etmişdi. Ermənistan Müdafiə Nazirliyi bildirir ki, bu təlim toplanışları ehtiyatda olan hərbçilərin hərbi biliklərini yeniləmək, yeni texnologiyalar və silah sistemləri ilə tanış etmək, həmçinin onların döyüş hazırlığını artırmaq məqsədi daşıyır.
Toplanışlara cəlb olunan hərbçilər müxtəlif hərbi hissələrdə xidmət edəcək və real döyüş şəraitinə yaxın vəziyyətlərdə təlimlər keçəcəklər.
Fatimə Nəbiyeva
16:48 10.04.2025
Oxunuş sayı: 1248