Ukrayna sülhməramlı missiya üçün istəklər siyahısı hazırlayıb

Missiyanın əsas məqsədi Rusiya Federasiyasının, xüsusən də NATO-ya girişin əngəlləndiyini nəzərə alaraq, təkrar təcavüzün qarşısını almaqdır. Crossmedia.az xəbər verir ki, bu barədə "Politico" qəzeti yazıb. Bu məqsədlə Kiyev öz ərazisində xarici qoşunların, o cümlədən quru, dəniz və hava hücumundan müdafiə qüvvələrinin olmasının tərəfdarıdır.
Prezident Aparatı rəhbərinin müavini Pavel Palisa qeyd edib ki, koalisiyaya Baltikyanı və Skandinaviya ölkələri də daxil olmaqla, on ölkə daxil ola bilər. Əməkdaşlığın ikitərəfli razılaşmalara əsaslanacağı gözlənilir.
Kübra Musayeva
09:33 10.04.2025
Oxunuş sayı: 1417