ABŞ rüsumları Fransada 28 min şirkətə təsir edəcək

ABŞ-nin bir sıra ölkələrə qarşı tətbiq etdiyi yeni gömrük rüsumları Fransada təxminən 28 min şirkətə mənfi təsir göstərəcək.
Crossmedia.az bildirir ki, bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi Sofi Prima Parisdə keçirilən brifinqdə bildirib.
“Hazırda istehsalçılar, fermerlər və müxtəlif peşə sahələri üzrə təsirləri qiymətləndirmək və onlara ABŞ xaricində yeni ixrac yolları tapmaqda kömək etmək üçün inventarizasiya aparırıq. Fransada təxminən 28 min müəssisə bu rüsumlardan zərər görəcək, bəziləri ciddi şəkildə, digərləri isə daha az dərəcədə”,– deyə Prima qeyd edib.
O, yeni vəziyyətin Fransa əmək bazarına və iqtisadi artıma necə təsir edəcəyini dəqiq deməyin hələ mümkün olmadığını bildirib.
Sofi Prima əlavə edib ki, Fransa Prezidenti Emmanuel Makron 13 may tarixində xarici ticarət üzrə strateji
Fidan Xəlilova
23:20 09.04.2025
Oxunuş sayı: 1683