BMP-3 və “Bradley” M2A2 ODS SA arasında müqayisəli sınaqlar


Rusiya Müdafiə Nazirliyinin 38-ci Zirehli Texnikaların Elmi-Tədqiqat və Sınaq İnstitutu (RF MN 38 ZT ETSİ) Ukrayna döyüş bölgəsindən əldə olunmuş ABŞ istehsalı “Bradley” M2A2 ODS SA piyada döyüş maşınını (PDM) yerli BMP-3 ilə müqayisə edərək sınaqdan keçirib. Nəticələr isə Rusiya texnikasının lehinə olmayıb.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir.
ABŞ tərəfindən Ukraynaya verilmiş bu “Bradley” modeli bir sıra əsas göstəricilər üzrə Rusiya istehsalı olan BMP-3-dən üstün nəticələr göstərib. Məsələn, “Bradley” daha güclü zireh müdafiəsinə malikdir – həm mərmilərə, həm də minaya qarşı. Onun dib hissəsində yerləşdirilmiş ikiqat metall təbəqə, əlavə minaəleyhinə “xalça” və amortizatorlu oturacaqlar ekipajın sağ qalma ehtimalını artırır. Eyni zamanda, maşın 30 mm-lik mərmilərə qarşı davam gətirə bilir ki, bu da onu BMP-3-ün standart gülləkeçirmə müdafiəsindən üstün edir.
12:58 09.04.2025
Oxunuş sayı: 1571