Pentaqonun trilyon dollarlıq büdcəsi: Tramp ordunu sürətlə bərpa edir

Pentaqonun rəhbəri Pit Hegset bəyan edib ki, ABŞ-nin müdafiə naziri üçün gələcək büdcə ilk dəfə bir trilyon dollar olacaq.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Hegset sosial şəbəkə X-də yazıb: "Həqiqətən yaxın zamanda ABŞ müdafiə nazirliyinin ilk trilyon dollarlıq büdcəsi olacaq. ABŞ prezidenti Donald Tramp ordumuzu bərpa edir – və sürətlə". O, həmçinin bildirib ki, nazirlik hər bir vergi ödəyicisinin dollarını ağılla xərcləyəcək – "zərbə gücü və döyüş hazırlığına".
Hegset, bu sözləri ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündə dediklərinə cavab olaraq söyləyib. Tramp "praktik olaraq təsdiq olunmuş" büdcəni bir trilyon dollar həddində olduğunu bildirib. O, həmçinin qeyd edib ki, bu, ABŞ-nin hər zaman qəbul etdiyi ən böyük müdafiə büdcəsi olacaq.
Zəhra Məmmədova
11:58 08.04.2025
Oxunuş sayı: 1499