Aİ sənaye mallarına sıfır rüsumlar üçün ABŞ ilə danışıqlara hazırdır

Avropa İttifaqı Komissiyasının prezidenti Ursula fon der Leyen bəyan edib ki, Aİ ABŞ ilə sənaye mallarına qarşılıqlı sıfır rüsumlar tətbiqi ilə bağlı danışıqlara hazırdır.
“Biz ABŞ ilə danışıqlara hazırıq. Sənaye mallarına sıfır rüsumlar təklif etmişik və bir çox ticarət tərəfdaşları ilə artıq bu nəticəyə nail olmuşuq. Çünki Avropa həmişə yaxşı sövdələşməyə açıqdır. Biz bu təklifi masada saxlayırıq”, – deyə fon der Leyen bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu bəyanat Aİ-nin ABŞ-nin ticarət siyasətinə cavab axtarışında olduğunu göstərir və Tramp administrasiyasının əvvəlki sərt tarif siyasətinə qarşı yumşaq, lakin strateji yanaşmanın siqnalı kimi qiymətləndirilir.
Mədinə Cəlilova
22:25 07.04.2025
Oxunuş sayı: 680