Tramp: Prezident olsaydım, Ukrayna müharibəsi başlamazdı

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Ukraynada münaqişənin həlli ilə bağlı Moskva ilə danışıqları davam etdirir, lakin ona Rusiya Silahlı Qüvvələrinin respublikaya qarşı “bombardmanları” xoş gəlmir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, “Biz Rusiya ilə danışırıq, istərdik ki, o, bu hərəkətlərini dayandırsın. Mənə bombardmanlar xoş gəlmir. Bombardmanlar davam edir və davam edir”- deyə Tramp “Air Force One” təyyarəsində jurnalistlərlə söhbəti zamanı bildirib.
O, münaqişədəki böyük itkilərə diqqət çəkib və bir daha vurğulayıb ki, əgər əvvəllər prezident olsaydı, bu münaqişə başlamazdı.
Zəhra Məmmədova
20:37 07.04.2025
Oxunuş sayı: 1157