Bayramla əlaqədar bütün avtovağzal və avtostansiyalar martın 19-dan gücləndirilmiş iş rejimində çalışır

Ötən gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 386 reys həyata keçirilib, 14 mindən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son iki ilin rekord göstəricisidir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150 reys həyata keçirilib.
Sərnişinlərin 45 faizi biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.
Bayram günlərində paytaxtdan bölgələrə və əks istiqamətə sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən onlayn qaydada əldə etmələri tövsiyə olunur. Bunun üçün həvəsləndirici fürsətlər də mövcuddur. Belə ki, 20-31 mart tarixlərində “biletim.az” portalının saytı və mobil tətbiqindən alınan bilet 3 faiz (ATB kartları) keşbek qazandırır.
13:59 20.03.2025
Oxunuş sayı: 812