Bakı metropolitenində mina tapılıb?- ÖZƏL

Bu gün səhər saatlarında Bakı metropoliteninin "Koroğlu" metrostansiyasında insident yaşanıb. Sərnişinlərin qatara minməsinə icazə verilməyib. insidentlə bağlı müxtəlif iddialar var. Həmin versiyalar arasında stansiyada minanın tapılmasına dair xəbərlər də var.
Bu barədə Crossmedia.az-ın sorğusunu cavablandıran Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, hazırda heç bir problem yoxdur.
O, metropolitenin fəaliyyətinin hazırda normal qaydada davam etdiyini diqqətə çatdırıb.
Kənan Novruzov
13:30 17.03.2025
Oxunuş sayı: 820