KİV: Rusiya döyüş meydanında atlara möhtac qalıb

Rusiya ordusu Ukrayna ilə müharibədə at və ulaqlardan istifadə etməyə başlayıb. Bu heyvanlar ərzaq və sursat daşımaqla yanaşı, əsgərlərin hərəkətini asanlaşdırır və pilotsuz uçuş aparatlarının fəaliyyətinə mane olur.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Bildirilib ki, Ukraynada pilotsuz təyyarələr əsas silaha çevrildiyindən hər iki tərəf yeni taktikalara əl atmağa məcbur olub. Bəziləri müasir texnologiyalara, məsələn, lazerlərə və elektron maneələrə üstünlük verdiyi halda, digərləri daha sadə üsullara- avtomobillərə metal torlar əlavə etməyə və ya dronları ov tüfəngi ilə vurmağa üstünlük verib.
Qeyd edək ki, at və ulaqlardan istifadə Rusiyanın pilotsuz aparatların nəzarətindən yayınmaq üçün tapdığı yeni çıxış yollarından biridir.
Fatimə Məmmədova
23:09 10.03.2025
Oxunuş sayı: 861