Suriyada Türk Muxtar Vilayəti yaradılmalıdır

Türkiyə Hərbi Dəniz Qüvvələrinin istefada olan kontr-admiralı Cihat Yaycı, Suriyada baş verən geopolitik dəyişikliklərə dair açıqlama verib.
O, Suriyada etnik və dini müxtəlifliklərə əsaslanan muxtar bölgələrin yaradılmasının mümkünlüyünü müzakirə edərkən, Türkiyənin bu prosesə necə yanaşması lazım olduğunu qeyd edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Yaycı, Suriyada muxtar bölgə yaradılarsa, bölgədəki türk mənsubiyyətli xalqların hüquqlarını qorumaq və türk dünyasının maraqlarını təmin etmək məqsədilə "Türk Muxtar Bölgəsi"nin də qurulmasının vacibliyini vurğulayıb. Onun fikrincə, bu addım türk millətinin birlik və bütövlüyünü gücləndirər, eyni zamanda strateji baxımdan Türk dünyasının maraqlarını daha yaxşı qorumağa imkan verər.
Pərvin Hacıyeva
22:59 10.03.2025
Oxunuş sayı: 1127