Bolqarıstan Rusiyanı "Ən böyük təhlükəsizlik təhdidi" elan etdi

Bolqarıstan hökuməti, ölkənin milli təhlükəsizlik vəziyyətini nəzərdən keçirərək Rusiyanı "ən böyük təhlükə" elan edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hökumətin təsdiq etdiyi yeni milli müdafiə strategiyasına görə, Bolqarıstanın müdafiəsi NATO-nun kollektiv müdafiəsi və Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində həyata keçiriləcək.
Bolqarıstan Milli Radiosunun məlumatına görə, hökumət, Rusiyanın Ukraynaya hərbi təcavüzünün regional və qlobal sabitliyi pozduğunu və aparıcı güclər arasında münaqişə meylinin artacağını bildirib. Sənəddə, Moskvanın Avropa İttifaqı (Aİ) və NATO ölkələrini müharibəyə cəlb edə biləcəyi vurğulanıb.
Bolqarıstanın Təhlükəsizlik Strategiyasına əsasən, Ukraynanın təhrik etmədiyi müharibəyə başlamaqla Rusiya beynəlxalq hüququ pozmuş və Avropanın təhlükəsizlik arxitekturasını sarsıtmışdır. Bu müharibənin Qara dəniz bölgəsinə də sirayət edə biləcəyi qeyd olunub.
Digər tərəfdən, Bolqarıstan parlamentindəki bəzi rusiyayönlü müxalifət qrupları və Rusiyanı dəstəkləyən sosialist partiyası Ukraynaya silah və humanitar yardımı məhdudlaşdırmağa çalışır.
Prezident Rumen Radev isə Ukraynanın müharibədə qalib gəlməyəcəyini iddia edir.
Aybəniz Səfərova
21:37 10.03.2025
Oxunuş sayı: 691