Estoniyada Sosial Demokratlar koalisiya hökumətindən çıxarıldı

Estoniya Baş naziri və Reform Partiyasının lideri Kristen Miçal bazar ertəsi günü vergi məsələsindəki fikir ayrılığına görə Sosial Demokrat Partiyanı hökumətdən çıxaracağını açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, mətbuat konfransında çıxışı zamanı o bildirib: “Təcili qərarların verilməsi lazım olan bu dövrdə biz bu qərarların əsaslarına dəfələrlə qayıdıb onları yenidən nəzərdən keçirmək imkanına malik deyilik. Estoniyanın irəliləməsi üçün müəyyən qərarların qəbul edilməsi vacib idi.”
Baş nazir bu qərarın zəruri olduğunu vurğulayıb.
Zəhra Ağayeva
23:35 10.03.2025
Oxunuş sayı: 722