Maskın “kiçik adam” sözü qalmaqal yaratdı

ABŞ Dövlət katibi Marko Rubio və texnologiya milyarderi İlon Mask, Polşa Xarici İşlər Naziri Radoslav Sikorski ilə Musk-ın Starlink peyk sisteminin Ukraynada istifadəsi mövzusunda X platformasında mübahisə ediblər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Polşa Baş naziri Donald Tusk, X (əvvəlki Twitter) sosial şəbəkəsində ABŞ Dövlət katibi Marko Rubio və İlon Mask ilə mübahisəyə görə müxalifət partiyası tərəfindən tənqid olunan Polşa Xarici İşlər Naziri Radoslav Sikorskini müdafiə edib.
Mühafizəkar Hüquq və Ədalət (PiS) Partiyasını Sikorskiyə qarşı çıxmaqda günahlandıran Task, Sikorskinin “başqa bir ölkədən gələn rəsmilərə Polşanın mövcudluq səbəbini sadə bir şəkildə izah etdiyini” bildirib.
Xarici İşlər Naziri Sikorski bazar günü ABŞ rəsmisi Rubio və Mask ilə, Cənubi Afrikada anadan olmuş milyarderin Starlink peyk sisteminin Ukraynada istifadəsi ilə bağlı X sosial şəbəkəsində mübahisə edib.
Sikorski, Maskın müharibə bölgələri və böhran yerləri kimi uzaq ərazilərə yüksək sürətli internet təqdim edən sistemin bağlanması barədə paylaşımına şərh yazıb.
Nazir, Ukraynada Starlink-in bağlanmasının başqa təminatçıların axtarılmasına səbəb olacağını bildirib. O, həmçinin Polşa Rəqəmsallaşma Nazirliyinin ölkədəki 42.000 Starlink terminalının yarısını maliyyələşdirdiyini və bunun illik təxminən 50 milyon dollara başa gəldiyini qeyd edib.
Sikorski yazıb: “Təcavüzün qurbanını təhdid etməyin etik tərəfini bir kənara qoysaq, əgər SpaceX etibarsız bir təminatçıya çevrilsə, başqa alternativlər axtarmalı olacağıq.”
Rubio, Maskın sistemi bağlayacağı iddialarını rədd edib və Sikorskiyə “təşəkkür etməsini” söyləyib.
Mübahisə, Maskın Sikorskiyə “kiçik adam” deməsi ilə nəticələnib.
İlon Mask Sikorskiyə yazıb: “Sakit ol, kiçik adam. Sən ümumi xərclərin çox kiçik bir hissəsini ödəyirsən. Starlink-in yerini heç nə verə bilməz.”
Mühafizəkar Hüquq və Ədalət Partiyası (PiS) də Sikorskiyə sərt reaksiya verib. Keçmiş hökumət naziri Mixal Vojçik X platformasında yazıb: “Polşa, ABŞ rəhbərliyinə təhqir edən qeyri-ciddi bir hökumət tərəfindən idarə olunur.”
Keçmiş Polşa Xarici İşlər Nazirinin müavini Pavel Yablonski də Sikorskiyə qarşı çıxaraq bildirib: “ABŞ Polşadan qoşunlarını çıxarmadan əvvəl kimsə Sikorskinin Twitter hesabını əlindən almalıdır.”
PiS partiyası ABŞ Prezidenti Donald Trampın Ağ Evə qayıtmasını böyük coşğu ilə qarşılamışdı. Milli-mühafizəkar partiya, Trampın ilk dövründə – onlar da hakimiyyətdə olarkən – onunla yaxın əlaqələr qurmuşdu.
Task, Sikorskinin PiS tərəfindən edilən tənqidlərə birbaşa cavab verərək X-də yazıb:
“Həqiqi liderlik tərəfdaşlara və müttəfiqlərə – daha kiçik və zəif olanlara da – hörmət etmək deməkdir. Həqiqi liderlik heç vaxt təkəbbürlü olmur. Əziz dostlar, bunu bir düşünün.”
Zəhra Ağayeva
23:57 10.03.2025
Oxunuş sayı: 729