ABŞ vitse-prezidentinin əmisi oğlu Ukraynada döyüşüb

ABŞ vitse-prezidenti Ceyms Devid Vensın əmisi oğlu Neyt Vens Ukraynada "Da Vinçi Qurdları" tərkibində könüllü olaraq döyüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Le Figaron məlumat verib.
Belə ki o, 4 il ABŞ Dəniz Piyadaları Korpusunda xidmət edib və 2022-ci ilin martında Ukraynaya kömək etmək üçün Lvova gedib.
Donbasda döyüşən Vens yüksək atıcılıq bacarıqları ilə seçilib. Onun döyüş yoldaşları onun soyuqqanlı və peşəkar hərbçi olduğunu bildiriblər. Sergey Filimonov isə onun çətin vəziyyətlərdə sağ qalmağı bacardığını vurğulayıb.
2025-ci ilin yanvarında Vens döyüşdən ayrılıb, lakin Ukraynaya dəstəyini davam etdirmək istəyir.
Qeyd edək ki, O, J.D. Vensın Ukraynaya yardımı tənqid etməsini siyasi oyun kimi qiymətləndirib və qohum olmalarının onun bu mövqeyini qəbul edəcəyi anlamına gəlmədiyini bildirib.
Fatimə Məmmədova
01:55 11.03.2025
Oxunuş sayı: 767