Gürcüstanın vitse-spikeri: "Fransa ölkəmizə müdaxilə edir"

Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski Fransanı Gürcüstanın daxili işlərinə müdaxilə etməkdə ittiham edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bundan əvvəl Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad Gürcüstanda müəyyən böhranın olduğunu bildirmiş və bu böhrandan çıxış yolu kimi yeni parlament seçkilərinin keçirilməsini təklif etmişdi.
"Bu bəyanat açıq şəkildə ölkənin daxili işlərinə qarışmaqdır. Fransanın administrasiyasının əsas məqsədi Avropanın lideri olmaqdır. Onlar üçün Gürcüstan xüsusilə vacibdir. Lakin bu, bir dövlət və ya cəmiyyət kimi deyil, sadəcə bir ərazi kimi önəm daşıyır,"- deyə Gia Volski bildirib.
Pərvin Hacıyeva
16:28 10.03.2025
Oxunuş sayı: 722