19 milyonluq tender ləğv olundu

Naxçıvan Şəhər İcra Hakimiyyətinin tenderi ləğv olunub.
Ləğv olunmuş tender xüsusi təyinatlı texnikaların alınması ilə bağlı olub.
Tenderin ehtimal olunan qiyməti 19 milyon 202 min 519 manat təşkil edib.
Ləğv olunma səbəbi kimi isə iştirak edən təchizatçıların təqdim etdiyi sənədlərin uyğun olmaması göstərilib. Nəticədə müqavilə nəzarət orqanının qərarı ilə 36.3 maddəsinə əsasən ləğv olunub. (axar.az)
13:53 10.03.2025
Oxunuş sayı: 813