İtaliyanın xarici işlər naziri: "Avropanın danışıqlar masasına oturmaq hüququ var"

İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Rusiya və Ukrayna arasında sülh danışıqlarında Avropanın da masa arxasında oturmaq hüququna malik olduğunu bildirib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliyanın “La Stampa” qəzetinə müsahibə verən Tajani Ukrayna-Rusiya müharibəsində Rusiya ilə danışıqlar imkanlarını dəyərləndirərək, bu sözləri söyləyib:
“Avropanın danışıqlar masasına oturmaq hüququ var. İstənilən saziş Avropanın prosesə cəlb olunmasını ehtiva etməlidir".
Rusiya ilə ABŞ arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda sabah başlayacaq danışıqlara Avropanın daxil edilmədiyini xatırladan Tajani, "Ancaq danışıqlar bir neçə günə yekunlaşmayacaq, bu, aylar çəkəcək bir məsələdir. Biz hələ ilkin hazırlıq mərhələsindəyik. Həmçinin, amerikalıların Avropa ilə məsləhətləşmədən hərəkətə keçdiyinə əminikmi? Nazirlər, Münhendə verəcəyimiz mesaj aydındır: Ukrayna və Avropa bir şəkildə prosesə cəlb edilməlidir, çünki bu, zəiflik əlaməti sayılır"- deyə o, qeyd edib.
16:52 17.02.2025
Oxunuş sayı: 4052