Azərbaycanda sığorta ilə bağlı yeni addım

Azərbaycanda sığorta hadisəsi baş verən zaman müstəqil ekspertləri İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemi üzərindən təyin etmək mümkün olacaq.
Crossmedia.az xəbər verir ki, bunu Büronun baş informasiya meneceri Anar Səmədov Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
"Yol-nəqliyyat hadisəsi baş verdikdə qiymətləndirmə aparılır və bu, 7 iş günündə həyata keçirilməlidir. Əgər zərərçəkmiş qiymətləndirmədən narazı qalarsa, müstəqil ekspert təyin edilir. Bu məsələni artıq İSB-nin informasiya sistemi üzərindən həll etmək mümkün olacaq. Bu da zərərçəkmişə bütün prosesi izləmək imkanı verəcək", - deyə o qeyd edib
12:42 14.02.2025
Oxunuş sayı: 2670