Kreml Bakıdakı "Rus evi"nin bağlanmasına münasibət bildirib - Təcili

Kreml Bakıdakı Rus evinin bağlanmasına münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib: "Məsələ ölkə başçıları səviyyəsində müzakirə oluna bilər".
Rusiya prezidentinin mətbuat katibi deyib ki, istənilən halda Rusiya ənənəvi yaxşı münasibətləri rəhbər tutaraq Azərbaycanla yaranmış mövcud problemləri dialoq yolu ilə həll etməyi planlaşdırır.
Peskovun sözlərinə görə, Rusiya bu məsələni müxtəlif səviyyələrdə, hətta dövlət başçıları səviyyəsində müzakirə edəcək.
“Rusiya Bakıdakı Rus Evinin işi ilə bağlı məsələni müxtəlif səviyyələrdə, hətta ola bilsin ki, ən yüksək səviyyədə həmkarları qarşısında qaldıracaq”, deyə Dmitri Peskov bildirib.
Bundan əvvəl Azərbaycan fevralın 3-də Bakıdakı Rus Evinin fəaliyyətinin dayandırılması ilə bağlı Rusiya tərəfinə rəsmi nota göndərib.
Bu arada Azərbaycan Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü Asim Mollazadə mövzu ilə bağlı "Turan"a bildirib ki, Rus Evinin Azərbaycandakı fəaliyyətinə xitam verməyə çoxdan ehtiyac var idi: “Bu təşkilat Azərbaycanda bizim dövlət maraqlarına zidd fəaliyyət göstərirdi. Azərbaycan buna bənzər qərarı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə də həyata keçirib”. Deputatın sözlərinə görə, Rus Evinin xarici kəşfiyyat idarəsi kimi Azərbaycanda fəaliyyətinə ehtiyac yoxdur.
14:25 08.02.2025
Oxunuş sayı: 5212