Kreml: "Rus Evi"nin bağlanması ən yüksək səviyyədə müzakirə olunacaq"

Rusiya Bakıda fəaliyyət göstərən "Rus Evi"nin bağlanmasına görə təəssüf edir.
Crossmedia.az xəbər verir ki, barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.
Onun sözlərinə görə, Rusiya bu məsələni müxtəlif səviyyələrdə qaldıracaq və mümkündür ki, müzakirələr ən yüksək səviyyədə aparılacaq.
Qeyd edək ki, D.Peskov AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinin hər hansı bəyanat verməyi planlaşdırmadığını bildirib.
Fatimə Məmmədova
15:40 07.02.2025
Oxunuş sayı: 4182