Azərbaycan İspaniyadakı “FITUR” sərgisində iştirak edir
- Azərbaycanın turizm potensialı Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı, eləcə də 8 yerli tərəfdaşın iştirakı ilə İspaniyanın paytaxtı Madriddə baş tutan “FITUR” turizm sərgisində təqdim olunur.
- Crossmedia.az agentliyə istinadən xəbər verir ki, sərgi çərçivəsində keçirilən təqdimatlarda Azərbaycanın turizm potensiallı məkanları, milli mətbəx nümunələri, birbaşa aviareyslər haqqında məlumat verilir.
- Stend ziyarətçiləri Azərbaycanın təklif etdiyi turizm məhsulları ilə tanış ola, eyni zamanda milli şirniyyatların və yerli şərabların dadına baxa bilirlər.
- Yanvarın 26-na qədər davam edəcək turizm sərgisində B2B (Biznesdən biznesə), B2C (Biznesdən müştəriyə) formatlı görüşlər keçiriləcək.
10:39 24.01.2025
Oxunuş sayı: 4519