İqtisadiyyat

Ötən il gömrük xətti ilə büdcə daxilolmaları 6.6 mlrd. manatı ötüb

2024-cü il ərzində Azərbaycanda gömrük xətti ilə büdcə daxilolmaları əvvəlki illə müqayisədə 4.9% artaraq 6 milyard 648 milyon 703 min manata çatıb.

Crossmedia.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 1 milyard 790,749 milyon manat (əvvəlki illə müqayisədə 10% çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 4 milyard 609,130 milyon manat (3.7% çox), aksizlər üzrə daxilolmalar 204,373 milyon manat (8.9% az), yol vergisi üzrə daxilolmalar isə 44,449 milyon manat (3.8% çox) təşkil edib.

10:58 17.01.2025

Oxunuş sayı: 2135

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR