Tramp İsrailin İrana yeni hücumuna razılıq verməyib
ABŞ Prezidenti Donald Tramp İsrailin İrana qarşı yeni hərbi əməliyyatlar keçirmək planını Konqresə aralıq seçkilər başa çatanadək dəstəkləməkdən imtina edib.
Crossmedia.az xəbər verir ki, “CNN” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahu İrana yeni zərbələrin endirilməsində israr etsə də, Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən əvvəl hərbi əməliyyatların bərpasına razılıq verməyib.
İsrailin hücumları təxirə salmasının səbəblərindən biri də hava və raket hücumundan müdafiə imkanlarının məhdudlaşmasıdır. Əvvəlki hərbi əməliyyatlar zamanı ölkənin müdafiə sursatı ehtiyatları azalıb.
Bu səbəbdən İsrail mümkün cavab zərbələrinin qarşısını almaq üçün ABŞ-nin hərbi və raketdən müdafiə dəstəyinə ehtiyac duyur.
Məsələdən məlumatlı mənbə “CNN”ə bildirib ki, yeni hücumlar üçün hazırlıq görülüb.
“Planlar hazırdır və Trampın təsdiqini gözləyir. Bu, aralıq seçkilərdən sonra baş verə bilər”, – deyə mənbə qeyd edib.
Beləliklə, İrana qarşı yeni hərbi əməliyyatların başlanması ilə bağlı yekun qərar hələ verilməyib.
12:30 26.10.2026
Oxunuş sayı: 53