İstanbul üçün leysan xəbərdarlığı: Tarix açıqlandı
Türkiyə Meteorologiya Baş İdarəsi İstanbul üçün leysan yağışı proqnozlaşdırıb. Qurumun 5 günlük hava proqnozuna əsasən, oktyabrın 23-də İstanbulda yağışlı hava şəraiti müşahidə olunacaq.
Crossmedia.az xəbər verir ki, proqnoza görə, gələn həftə ölkə üzrə temperaturun yüksələcəyi gözlənilsə də, yağışlar yenidən Mərmərə bölgəsini əhatə edəcək.
Son günlər Düzcə, Karabük, Sakarya və Bolu vilayətlərinin yüksək ərazilərində qar yağıb. İstanbulda isə havanın 12–18 dərəcə isti olacağı bildirilir.
Bundan başqa, Qərbi Qara dəniz sahillərində küləyin sürətinin saatda 40–60 kilometrə çatacağı gözlənilir. Sakinlərə mümkün fəsadlara qarşı diqqətli olmaq tövsiyə edilib.
23:00 18.10.2026
Oxunuş sayı: 116