Seul ilə Kiyev arasında əsir qalmaqalı böyüyür
Cənubi Koreya Prezidenti Li Çje Men Ukraynanı Şimali Koreyanın iki hərbi əsirinin Seula təhvil verilməsi ilə bağlı məlumatları açıqladığına görə “müharibəni Koreya yarımadasına gətirməyə” cəhd etməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, Cənubi Koreya prezidenti bu hadisəyə görə Ukraynadan açıq şəkildə üzr istəməsini tələb edib və Ukraynaya qarşı “əlavə tədbirlər” görülə biləcəyini bildirib.
Kiyev isə hadisəni “diplomatik anlaşılmazlıq” adlandırıb və məxfiliklə bağlı hər hansı razılaşmanın olmadığını açıqlayıb.
Li Çje Men Ukrayna tərəfinin bu izahını qəbul etməyib və Ukraynanı “müharibəni Koreya yarımadasına gətirməyə” cəhd göstərməkdə ittiham edib.
14:40 02.10.2026
Oxunuş sayı: 60