CROSSMEDIA - Avstriyada koalisiya danışıqları uğursuz oldu
Xarici xəbərlər

Avstriyada koalisiya danışıqları uğursuz oldu

Avstriya Xalq partiyası(ÖVP), Sosial Demokratlar(SPÖ) və Yeni Avstriya(Neos) ultrasağ Avstriya Azadlıq partiyasının(FPÖ) hakimiyyətə gəlməsinin qarşısını almaq üçün üç partiyalı koalisiya yaratmaq istəyirdilər.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, yekun nəticəyə sağçı populistlər Avstriyada ən güclü qüvvədir.

Sentyabrın sonunda keçirilən Milli parlament seçkilərində Avstriya Azadlıq partiyası 28,85% səs toplayaraq ilk dəfə olaraq parlamentdə ən güclü qüvvəyə çevrildi.

Mühafizəkar Avstriya Xalq partiyası 26,3%, sosial demokrat isə 21,1% səs toplayıb. Lakin FPÖ lideri Herbert Kickl hökumət qurmaq üçün ÖVP və SPÖ arasında tərəfdaş tapa bilmədi. Buna görə də noyabr ayında ÖVP, SPÖ və Neos koalisiya danışıqlarına başladı. Buna baxmayaraq bu koalisiya danışıqları da uğursuz oldu. Buna görə də yeni seçki keçiriləcəyi gözlənilir.

13:04 03.01.2025

Oxunuş sayı: 4985

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR