Dövlət hesabına mənzil alanlar üçün VACİB XƏBƏR
Ötən il dövlət hesabına mənzil alan və yaşayış şəraiti yaxşılaşdırılan ailələrin sayı 4 min 802-yə bərabər olub.
Crossmedia.az Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən 88 % çoxdur.
Onlardan 229-nu (bir il öncəki göstəricidən 48,4 % azdır) Azərbaycan ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslər, 158-ni (-53,7 %) Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş şəxslərin ailələri, 4 370-ni (+2,7 dəfə) məcburi köçkünlər və 469-nu (-24,1 %) mənzilləri güzəştlə əldə edən ailələr təşkil edib.
Hesabat dövründə dövlət hesabına mənzil alan və yaşayış şəraiti yaxşılaşdırılan ailələrin 1 244-ü (+244 dəfə) Ağdam rayonunda, 787-si (+8,4 dəfə) Xocalı rayonunda, 605-i (1 il əvvəl olmayıb) Ağdərə rayonunda, 567-si (+98 %) Cəbrayıl rayonunda, 255-i (1 il əvvəl olmayıb) Xocavənd rayonunda, 183-ü (1 il əvvəl olmayıb) Zəngilan rayonunda, 167-si (-52,6 %) Bakı şəhərində, 126-sı (-46,6 %) Laçın rayonunda, 108-i (1 il əvvəl olmayıb) Kəlbəcər rayonunun, 97-si (+16 dəfə) Gəncə şəhərində, 90-ı (+2,1 dəfə) Şirvan şəhərində, 573-ü isə digər şəhər və rayonlarda yerləşib.
13:36 18.09.2026
Oxunuş sayı: 39