İlk sərhədçi general vəfat etdi
Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı və ilk sərhədçi generalı İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib.
Crossmedia.az xəbər verir ki, İsgəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub.
79 yaşlı general Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin formalaşmasında xüsusi xidmətləri olan hərbçilərdən biri kimi tanınırdı.
İ.Allahverdiyev 1991-1992-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
Həmin ildən Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini və Azərbaycan Sərhəd Qoşunlarının ilk komandanı kimi fəaliyyət göstərib. 1992-1994-cü illərdə bu vəzifədə olarkən Azərbaycan sərhəd xidmətinin təşəkkülü prosesində iştirak edib.
12:33 18.09.2026
Oxunuş sayı: 42