ABŞ VTB-yə İranla bağlı yeni sanksiyalar tətbiq edib
ABŞ Maliyyə Nazirliyi Rusiyanın VTB bankına İranla bağlı yeni sanksiyalar tətbiq edib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, VTB İranın sanksiyalardan yayınmasına kömək etməkdə ittiham olunur. Bankın İranda nümayəndəliklər açdığı, sanksiya tətbiq olunan İran bankları ilə bank əlaqələri qurduğu və Moskva ilə Tehran arasında maliyyə əməliyyatlarını asanlaşdıran mexanizmlər yaratdığı bildirilir.
ABŞ Maliyyə Nazirliyi həmçinin VTB-nin dondurulmuş İran aktivlərinin milyardlarla dollarının köçürülməsinə və Rusiya rublu ilə İran rialı arasında hesablaşma sisteminin yaradılmasına kömək etdiyini açıqlayıb.
VTB artıq 2022-ci ildən Rusiyaya qarşı tətbiq edilən ABŞ sanksiyalarının təsiri altındadır. Yeni tədbirlər bankın İranla əlaqələrinə görə tətbiq edilib və onunla əməkdaşlığı davam etdirən xarici maliyyə qurumlarının da əlavə sanksiyalarla üzləşə biləcəyi barədə xəbərdarlıq edilib.
10:35 15.09.2026
Oxunuş sayı: 50