Şimali Koreya Yapon dənizi istiqamətində raketlər buraxdı
Şimali Koreya şənbə günü Yapon dənizi istiqamətində bir neçə qısa mənzilli ballistik raket buraxıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
Məlumata görə, raketlər ölkənin şərq sahilində yerləşən Vonsan ərazisindən buraxılıb və təxminən 250 kilometr məsafə qət edərək Şimali Koreyanın şərq sularına doğru uçub.
Cənubi Koreya hərbçiləri raket buraxılışlarını aşkar etdikdən sonra müşahidə və hazırlıq səviyyəsini artırıb. Seul ABŞ və Yaponiya ilə məlumat mübadiləsini davam etdirir.
Raket sınaqları ABŞ, Cənubi Koreya və Yaponiyanın Şimali Koreyanın etiraz etdiyi beşgünlük üçtərəfli hərbi təlimini başa çatdırmasından bir gün sonra baş verib.
ABŞ Hind-Sakit Okean Komandanlığı buraxılışların regiondakı müttəfiqlər üçün birbaşa təhlükə yaratmadığını bildirib.
Qeyd edək ki, bu, Şimali Koreyanın təxminən üç həftə ərzində həyata keçirdiyi ilk belə raket sınağıdır.
09:25 12.09.2026
Oxunuş sayı: 57