Rumıniyada rusiyalı vətəndaş saxlanıldı
Rumıniyada Rusiya vətəndaşı təxribat törətməyə cəhd göstərməkdə şübhəli bilinərək 30 gün müddətinə saxlanılıb.
Crossmedia.az xəbər verir ki, Rusiya səfirliyi bu barədə məlumat yayıb.
Moskva irəli sürülən ittihamları “fərziyyə və spekulyasiya” adlandıraraq rədd edib. Rusiya tərəfi vətəndaşının Rumıniyada anti-Rusiya əhval-ruhiyyəsini qızışdırmağa yönəlmiş təxribatın qurbanı olduğunu iddia edib.
10:42 11.09.2026
Oxunuş sayı: 58