Neftin qiyməti 109 dolları keçdi
Brent markalı neftin qiyməti 109 dolları ötərək son aylarda ən yüksək səviyyələrdən birinə yüksəlib.
Crossmedia.az xəbər verir ki, Reuters bu barədə məlumat yayıb.
Məlumata görə, Brent fyuçerslərinin qiyməti əvvəlki sessiyada 6,34 faiz artaraq bir barel üçün 107,63 dollara çatıb. Daha sonra qiymət 109 dollar səviyyəsini də keçib.
Neft bazarındakı bahalaşma Yaxın Şərqdə gərginliyin artması və enerji təchizatında mümkün fasilələrlə bağlı narahatlıqlar fonunda baş verib. Hormuz boğazında gəmiçilik axınının məhdudlaşması və Yəməndə husilərin strateji Moha limanına nəzarəti ələ keçirməsi neft tədarükü ilə bağlı riskləri artırıb.
Reuters-in məlumatına görə, WTI markalı neftin qiyməti də 100 dollar həddini keçərək 102,48 dollar təşkil edib.
Neft qiymətlərindəki kəskin artım qlobal inflyasiya ilə bağlı narahatlıqları da gücləndirib.
10:11 11.09.2026
Oxunuş sayı: 48