Putin Hindistana səfər etdi – BRİCS gündəliyi açıqlanır
Rusiya Prezidenti Vladimir Putin BRICS sammitində iştirak etmək üçün Hindistanın paytaxtı Dehliyə gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə Indian Express məlumat yayıb.
Putinin Hindistana səfəri üç gün davam edəcək. Rusiya liderinin səfər çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə ikitərəfli görüş keçirməsi də planlaşdırılır.
BRICS-in 18-ci sammiti sentyabrın 12-13-də Dehlidə keçiriləcək. Görüşlərdə qlobal və regional gündəmin aktual məsələləri, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlıq, eləcə də çoxtərəfli münasibətlərin inkişafı müzakirə olunacaq.
Sammitə Çin Prezidenti Si Cinpin, İran Prezidenti Məsud Pezeşkian və digər BRICS ölkələrinin liderlərinin də qatılması gözlənilir.
Putinin səfəri zamanı Rusiya-Hindistan münasibətlərində ticarət, investisiya, enerji və digər strateji sahələr üzrə əməkdaşlığın genişləndirilməsi məsələlərinin də müzakirə ediləcəyi bildirilir.
09:57 11.09.2026
Oxunuş sayı: 55