“Howl” poeziyasının ilk ifasından 71 il keçir
Allen Ginsberqin “Howl” poemasını ilk dəfə səsləndirməsindən 71 il ötür.
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb.
Ginsberg 7 oktyabr 1955-ci ildə San-Fransiskodakı “Six Gallery”də poemasını ilk dəfə ifa edib. Əsər sonradan ABŞ-da müharibədən sonrakı sosialən az müddət sonra “Howl” və Ginsberg ABŞ-da geniş rezonans doğuran məhkəmə prosesinin normaları rədd edən “Beat Generation” ədəbi cərəyanının əsas nümunələrindən birinə çevrilib.
Poemanın ilk nümayişində az sayda insan iştirak edib. Lakin iki ildən az müddət sonra “Howl” və Ginsberg ABŞ-da geniş rezonans doğuran məhkəmə prosesinin mərkəzinə düşüb.
1956-cı ildə San-Fransiskodakı “City Lights Books” mağazasında satışa çıxarılan “Howl and Other Poems” kitabı əvvəlcə böyük maraq görməyib. Lakin 1957-ci ildə başlayan məhkəmə prosesi 112 bənddən ibarət poemanın geniş ictimai müzakirəsinə səbəb olub.
Əsərdəki söyüşlər, narkotik istifadəsi, homoseksuallıq və psixi xəstəliklərin təsviri dini qrupların və mühafizəkar dairələrin ciddi etirazına səbəb olub.
1957-ci ilin martında Böyük Britaniyadan ABŞ-a gətirilən 520 nüsxə gömrük əməkdaşları tərəfindən müsadirə edilib. Həmin ilin iyununda isə polis əməkdaşlarının “City Lights” mağazasından kitab almasının ardından mağazanın sahibi Lourens Ferlinqetti və menecer Şiq Murao saxlanılaraq əxlaqsız məzmunlu material satmaqda ittiham olunublar.
Məhkəmənin yekun qərarı Ferlinqetti və Muraonun xeyrinə olub. Hakim Kleyton Horn “Howl” poemasının əxlaqsız olmadığını və “ictimai əhəmiyyət daşıdığını” bildirib.
Ədəbiyyat üzrə tədqiqatçı Cona Raskinin fikrincə, bu məhkəmə işi söz azadlığı və senzuranın məhdudlaşdırılması baxımından mühüm dönüş nöqtəsi olub.
00:02 11.09.2026
Oxunuş sayı: 47