Davudoğlu Ərdoğanı oğlunun toyuna dəvət edib
Türkiyənin Gələcək Partiyasının sədri Əhməd Davudoğlu prezident Rəcəb Tayyib Ərdoğana oğlunun nikah mərasimində iştirak etməsi üçün dəvət göndərib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Əhməd Davudoğlu ötən günlərdə 5 il əvvəl Bingöldə etdiyi çıxışla bağlı “prezidentə təhqir” iddiası üzrə Ankara Baş Prokurorluğunda şübhəli şəxs qismində ifadə verib. Hüquqi prosesin ardından Davudoğlunun bu həftəsonu oğlunu evləndirəcəyi məlum olub.
Davudoğlunun oğlunun nikah mərasimi üçün hazırlanan dəvətli siyahısına Prezident Rəcəb Tayyib Ərdoğanın da daxil edildiyi bildirilib.
Siyasi arenada son dövrlərdə yaşanan hadisələr və Davudoğlunun məhkəmə-prokurorluq prosesindən dərhal sonra keçiriləcək nikah mərasimində Ərdoğanın iştirak edib-etməyəcəyi maraq doğurub.
Hazırda əsas diqqət Prezident Ərdoğanın dəvəti qəbul edib-etməyəcəyinə və şənbə günü keçiriləcək nikah mərasimində iştirak edib-etməyəcəyinə yönəlib.
21:12 09.09.2026
Oxunuş sayı: 37