Abbas Abbasov BMT-də Afrikada müstəmləkəçilik məsələsini qaldırdı
BMT-nin Cenevrə ofisində keçirilən müzakirədə Afrikada müstəmləkəçiliyin fəsadlarının aradan qaldırılması, insan hüquqları, sülh və inkişaf məsələləri diqqət mərkəzində olub.
Crossmedia.az xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov BMT-nin Cenevrə ofisində keçirilən müzakirədə çıxış edib.
Abbas Abbasov bildirib ki, müstəmləkəçilik irsi və neokolonial siyasət Afrika qitəsinin inkişafına mənfi təsir göstərir.
O, Afrika ölkələrinin təbii resursları üzərində suverenliyinin gücləndirilməsinin və regional əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
20:58 09.09.2026
Oxunuş sayı: 40