Suriyada dəhşətli partlayış: 14 nəfər öldü
Suriyanın İdlib əyalətində silah anbarında baş verən partlayış nəticəsində azı 14 nəfər ölüb, 11 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, hadisə Sarmada şəhəri yaxınlığında baş verib.
Məlumata görə, partlayış silah anbarında qeydə alınıb. Hadisə nəticəsində azı 14 nəfərin öldüyü, 11 nəfərin isə yaralandığı bildirilir.
Partlayışın səbəbi hələlik açıqlanmayıb.
20:44 09.09.2026
Oxunuş sayı: 46