Netanyahu Hermonun zirvəsindən İrana mesaj verdi
İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri İsrael Katsla birlikdə Suriyadakı Hermon dağının zirvəsinə səfər edib və sərhədlərində “terrorçu ordu”nun möhkəmlənməsinə imkan verməyəcəklərini bildirib.
Crossmedia.az xəbər verir ki, Benyamin Netanyahu bu barədə səfəri zamanı açıqlama verib.
Netanyahu bildirib ki, İsrailin əsas vəzifələrindən biri İrandakı “terrorçu rejimi” məğlub etməkdir. O, bu məqsədə çatmağa çox yaxın olduqlarını iddia edib.
İsrailin baş naziri regionda mövcud vəziyyətin dəyişmək üzrə olduğunu deyərək, bu istiqamətdə qarşılarına qoyduqları vəzifəni sona qədər yerinə yetirəcəklərini vurğulayıb.

20:09 09.09.2026
Oxunuş sayı: 43