“Sabah” barədə “Mançester Yunayted”dən diqqətçəkən sözlər
“Mançester Yunayted”in baş məşqçisi “Sabah”ın güclü və özünəinamlı komanda olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi “Sabah”la oyun öncəsi keçirilən mətbuat konfransında bu barədə danışıb.
Baş məşqçi qeyd edib ki, “Sabah” çox yaxşı məşqçinin rəhbərlik etdiyi komandadır və bir çox matçda qələbə qazanıb.
“Sabah”ın komanda şəklində yaxşı pressinq etdiyini vurğulayan mütəxəssis qarşılaşmada hansı rəqiblə üz-üzə gələcəklərini bildiklərini deyib.
20:03 09.09.2026
Oxunuş sayı: 54