İspaniya baş nazirindən müxalifət liderinə kəskin cavab
İspaniyanın Baş naziri Pedro Sançes Mərakeşin onu şantaj etməsi ilə bağlı ittihamları rədd edib və sağçı “Vox” partiyasının lideri Santyaqo Abaskalı ABŞ və İsraildən asılı olmaqda ittiham edib.
Crossmedia.az xəbər verir ki, İspaniyanın Baş naziri Pedro Sançes bu barədə parlamentdə çıxış edib.
Parlament iclasında Abaskal İspaniya hökumətinin Mərakeşin təsiri altında olduğunu iddia edib. O, hökumətdə və Sançesin ailəsində korrupsiya ilə bağlı məlumatları əsas gətirib.
“Vox” lideri İspaniyanın “Mərakeş protektoratına” çevrilməsinin dayandırılmasını və ölkə ilə bağlı qərarların yalnız İspaniyada qəbul edilməsini tələb edib.
Buna cavab olaraq Sançes Abaskalın özünün ABŞ və İsrailin “ipindən getdiyini” bildirib.
İspaniyanın baş naziri çıxışında belə deyib: “Bəlkə də mən itəm, amma sahibim yoxdur”.
18:33 09.09.2026
Oxunuş sayı: 41